Zəlzələ zonasına çimərlik geyimi göndərdilər, hiddət yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ zonasına çimərlik geyimi göndərdilər, hiddət yaratdı

Hadisə

08 Fevral 2023 10:22 1207


Türkiyədə güclü zəlzələdən zərərçəkənlərə yardım toplanır.

Həm Türkiyədən, həm də Azərbaycandan insanlar zəlzələ bölgəsinə isti geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalar göndərirlər.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, könüllülər Türkiyədən göndərilən bəzi yardım qutularını açarkən şok yaşayıblar. Sezar pizza

Futbolçu Hakan Baltanın həyat yoldaşı Derya Balta zəlzələ üçün toplanan yardım kampaniyasında bağlamaları ayırarkən göndərilən paltarları sosial şəbəkə hesabında paylaşaraq üsyan edib. 

O, yardım bağlamalarına gecəlik, “vyetnamka”, hicablılar üçün çimərlik geyimi qoyanların olduğunu deyib:

“Dostlar, bu nədir axı?! Etməyin, gözünüzü sevim, bunu etməyin… Çimərlik geyimi göndərənlər var, bu nədir? Barmaqarası tərlik göndərənlər gördüm.  Siz sadəcə dua edin, Allah eşqinə siz yardım etməyin, dua edin, yetər”. 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 432 nəfər ölüb, 21 103 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!