Zəlzələ zamanı Salyandan olan iş adamının faciəvi ölümü: “Binada 40 nəfər olub...“

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ zamanı Salyandan olan iş adamının faciəvi ölümü: “Binada 40 nəfər olub...“

Hadisə

10 Fevral 2023 10:14 20301


Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalaraq həlak olub.

Əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyəyə iş görüşməsi üçün gedibmiş.

Eldəniz Əliyevin ailə yaxını Oxu.Az-a açıqlamasında bildirib ki, məlumatlar doğrudur: Pepperoni pizza

“Təəssüf ki, həlak olanlar içərisində o da var. Özü Rusiya vətəndaşı idi, iş üçün Türkiyəyə, Hatay bölgəsinə getmişdi. İkimərtəbəli binada qalırdılar. Deyilənə görə, həmin binanın dağıntıları altında 40 nəfər adam olub. İlk gün səkkiz nəfər sağ çıxarılıb, ardınca dörd nəfərin meyiti. Ölənlər içərisində Eldəniz də olub. Qardaşı Türkiyəyə gedib. Xəbər etdi ki, Eldənizin cənazəsi sabah saat 13:00-da Ankaradan təyyarə ilə Bakıya gətiriləcək. Salyanda dəfn olunacaq”.

Qeyd edək ki, Eldəniz Əliyev ailəli idi, iki oğul övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!