Zəngəzur dəhlizi belə açılır - “Noyabra qədər...”

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzur dəhlizi belə açılır - “Noyabra qədər...”

Siyasət

30 May 2024 01:53 2109


Zəngəzur dəhlizinin açılması çərçivə sazişinin imzalanmasından sonra mümkün olacaq.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Noyabra qədər Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalana bilər. Hesab edirəm ki, Zəngəzur dəhlizi bundan sonra açıqlacaq. Bu gəlişmələrin ardınca Cənubi Qafqazda yeni geosiyasi mənzərə və ya şərtlər formalaşacaq. Çərçivə sazişinin imzalanması ərəfəsində Ermənistanda Nikol Paşinyana qarşı təxribatlara cəhdlər ola bilər. Bunun silahlı yolla olacağı istisna deyil. Dominos pizza

Amma ABŞ və Avropa Birliyinin xüsusi xidmət orqanları onun təhlükəsizliyini təmin edə biləcək. Hazırda Paşinyanın şəxsi təhlükəsizliyi ən yüksək formada təmin olunub. ABŞ Ermənistanda sülhə əngəl olmaq istəyən qüvvələrə tam nəzarət edir. Hesab edirəm ki, indiki məqamda sülhə mane ola biləcək amil yoxdur”, - ekspert bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!