Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - ŞOK DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - ŞOK DETALLAR

Siyasət

04 Dekabr 2020 16:17 10040


Qarabağın işğaldan azad olunması və ordusunun tarixi məğlubiyyətinin xofunu üstündən ata bilməyən erməni xalqı mövcud hakimiyyətə təhdidlər yağdırır.

Onlar Ermənistan hakimiyyətinin Zəngəzuru Azərbaycana verəcəyindən narahatdır. Sosial şəbəkələrin erməni seqmentində artıq Qarabağa dönüş və qondarma “Artsax”ın mövcudluğu kimi uydurma fikirlər yerini tarixi Azərbaycan torpağı olan Zəngəzurun itirilməsi təşvişinə buraxıb.

Liana Qriqoryan adlı istifadəçi Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan ilə keçmiş qondarma rejimin “müdafiə ordusu”nun komandanı general-leytenant Mikael Arzumanyanın görüşü ilə bağlı xəbərin şərh bölməsinə yazıb: “Ermənistanın xeyrinə erməni sərhədlərini qoruyun. Sunik və Geqarkuniki versəniz, xalq sizi bağışlamayacaq”. Dominos pizza

Şərhdə adıçəkilən Sunik bölgəsi tarixi Zəngəzur mahalının ərazisində yerləşir. 4,506 kv.km ərazisi, mərkəzi Qafan şəhəri olan bölgə şimaldan Vayoc dzor mərzi, cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir.

Geqarkunik isə tarixi Göyçə gölünün əhatəsində, Ermənistan-Azərbaycan sərhəd bölgəsində yerləşir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından sonra Ermənistanın Azərbaycana vurduğu bütün zərərlər hesablanacaq və beynəlxalq məhkəmələrin qərarı ilə bütün zərərlər Ermənistana ödətdiriləcək. Bu zərər hələ ki 50 milyarda yaxın məbləğlə ölçülür. Lakin Ermənistanın bu məbləği Azərbaycana ödəyəcək qüvvəsi olmadığı üçün əvəzində torpaq verəcəyi bildirir. Tarixi ərazimiz olan Zəngəzurun qaytarılması beləcə gündəmə gəlib. /Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!