Zəngəzurdan qaçışın qiyməti açıqlandı – 4–5 il və 2,5 milyard

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzurdan qaçışın qiyməti açıqlandı – 4–5 il və 2,5 milyard

Siyasət

18 Yanvar 2026 12:04 551


İrana dəmir yolunun yalnız Ermənistan ərazisindən çəkilməsi variantı İrəvan üçün son dərəcə baha başa gələ bilər.

"Yeni Sabah" xəbər verir ki, Ermənistan Milli Assambleyasının sabiq deputatı, Aram Manukyan bu marşrutun təxminən 2,5 milyard dollar maliyyət tələb edəcəyini açıqlayıb.

O, bu barədə danışarkən bildirib ki, layihənin icra müddəti 4–5 il təşkil edə bilər. Manukyanın sözlərinə görə, sözügedən təşəbbüs daha əvvəl partiyanın seçki proqramına daxil edilib. Marqarita pizza

Sabiq deputat vurğulayıb ki, layihə iqtisadi baxımdan deyil, daha çox siyasi məntiqə əsaslanır. Onun fikrincə, layihə reallaşarsa, Ermənistan özünü “Şimal–Cənub” və “Qərb–Şərq” nəqliyyat marşrutlarının kəsişməsində yerləşən əsas tranzit qovşağı kimi təqdim edə bilər.

Bu yanaşma regionda əsas müzakirə mövzusu olan Zəngəzur dəhlizinə alternativ kimi irəli sürülür və İrəvanın geosiyasi mövqelərini gücləndirməyə hesablanıb. Lakin açıqlanan rəqəmlər göstərir ki, Zəngəzurdan yan keçmək Ermənistan üçün həm baha, həm də risklidir./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!