Zəngəzurun eks-qubernatorunun oğlu saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzurun eks-qubernatorunun oğlu saxlanıldı 

Maraqlı

09 Noyabr 2023 12:42 975


Ermənistan Respublikasının Zəngəzur vilayətinin keçmiş qubernatorunun oğlu Tiqran Xaçatryan saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, Tiqran Xaçatryanın Gorus şəhərində silahdan istifadə etməklə xuliqanlıqda və bir şəxsə yüngül bədən xəsarəti yetirilməsində iştirakı müəyyən edilib. 

Bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin mətbuat xidməti bildirib.  pizza sifarişi

Qeyd edək ki, Tiqran Xaçatryan Ermənistanın Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğludur. 

Məlumata görə, Tiqran Xaçatryan avtomobil təkərlərinin satışı ilə məşğul olan 46 yaşlı iş adamı ilə münasibətlərinə aydınlıq gətirərkən, yanında olan silahdan ona atəş açaraq yüngül xəsarət yetirib, daha sonra hadisə yerindən qaçıb. 

O, saxlanılaraq istintaqa təhvil verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!