Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - Yenilənib

Hadisə

09 İyul 2020 21:23 1192


Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan şəxslərdən birinin meyiti tapılıb.

Yenisabah.az xəbər verir ki, 14 yaşlı Nahidə İsmayılovanın meyiti xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda digər iki nəfərin də axtarışları aparılır. /APA Toyuqlu pizza

***

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!