Zərdabda ölümlə nəticələnən yol qəzası oldu

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda ölümlə nəticələnən yol qəzası oldu

Hadisə

26 Oktyabr 2025 18:29 428


Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2199 və "Land Rover" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ-2199-un sürücüsü Azər Cəlal oğlu Abdullayev aldığı xəsarətlərdən ölüb. pizza mizza

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbi araşdırılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!