“Zirə” Azərbaycan Kubokunda ilk finalçı oldu

saytların hazırlanması

Evə çatdırılma

“Zirə” Azərbaycan Kubokunda ilk finalçı oldu

İdman

21 Aprel 2026 21:06 768


Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz"la qarşılaşan "Zirə" cütün qalibi olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada "qartallar" 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!