““Zirə”dən zəif oyun gözləmirdim” – Şərh

saytların hazırlanması

Evə çatdırılma

““Zirə”dən zəif oyun gözləmirdim” – Şərh

İdman

07 Aprel 2019 23:08 1157


Dünən Topaz Premyer Liqasınının 23-cü turunun ilk oyun günündə "Sumqayıt" - "Keşlə" (2:1), "Neftçi" - "Zirə" (4:2) matçı keçirilib. 

"Yeni Sabah" matçlarla bağlı idman jurnalisti Anar Xanlarovun fikirlərini öyrənib.  O, şərhində "Sumqayıt" -"Keşlə" oyununun heç-heçə ilə bitdiyi halda ədalətli nəticə olacağını və komandalar arasında səviyyə fərqinin olmadığını deyib:

"Sumqayıt" - "Keşlə" matçı autsayerlərin dueli idi. Hər iki komandanın durum eynidir. Bu mənada oyunda istənilən nəticə normal qarşılanacaqdı. Oyun da göstərdi ki, komandalar arasında ciddi səviyyə fərqi yox idi. Aşkar üstün tərəf də olmadı. Məncə, oyunun ədalətli nəticəsi heç-heçə olardı. Hər şey də buna doğru gedirdi. Sadəcə, kruyoza bənzər qol nəticəni təyin etdi və "Sumqayıt" son рillədən qurtuldu. Bununla belə, sonuncu рillə təhlükəsi hələ də qalmaqdadır". pizza hut

A.Xanlarov "Neftçi" - "Zirə" matçından danışarkən "Zirə"dən bu cür zəif oyunu gözləmədiyini və "Zirə"nin müdafiə sisteminin zəifliyindən danışıb:

"Neftçi" - "Zirə" matçına gəlincə, açıgı "Zirə"nin bu cür zəif oyununu gözləmirdim. Xüsusilə də müdafiə xətti çox zəif oynadı. Dabo o qədər rahat, sərbəst oynayırdı ki, sanki qarşısında müdafiəçilər yox idi. Ola bilsin ki, Samir Abasov kubok matçı qarşısında hansısa kartları açmaq istəmədi. Məlum məsələdir ki, "Zirə"nin avrokubok üçün əsas ümidi kubokadır. "Neftçi"Yə gəlincə, fikrimcə, bu qələbə ilə çemionluq üçün vacib addım atmış oldular".

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!