Ziya Ağayev saxlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Ziya Ağayev saxlanıldı - Video

Kriminal

13 Yanvar 2024 14:57 1262


Bakıda daha bir silahlı şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Masallı rayon sakini əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ziya Ağayev saxlanılıb. pizza

Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Z.Ağayev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!