Ziya Məmmədovun kadrına yüksək vəzifə verildi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ziya Məmmədovun kadrına yüksək vəzifə verildi - FOTO

İqtisadiyyat

18 Noyabr 2025 10:15 10125


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad edilib.  

“Yeni Sabah” Qaynarinfo-ya istinadla xəbər verir ki, QSC-nin sədri Rövşən Rüstəmov bu barədə əmr imzalayıb.

Rövşən Rüstəmovun digər əmri ilə Elyar Muradovun vəzifəsi bir qədər yüksəldilib və “Azərbaycan Dəmir Yolları”nın Baş Mühəndisi təyin olunub. Sezar pizza

Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə “Əməkdar mühəndis” adını alan Elyar Muradov 2004-2023-cü illərdə ADY-nin Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb.

Elyar Muradov sabiq nəqliyyat naziri Ziya Məmmədovun ən sadiq kadrlarlndandır: “O, məhz Ziya Məmmədovun dəstəyi ilə bu sahədə bir çox vəzifələrə gətirilib. Elyar Muradov Ziya Məmmədovun dövründə, hətta ondan sonra Cavid Qurbanovun dövründə Dəmiryolu sahəsində “ən kilid nöqtələr”dən sayılıb…”


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!