Ziyalılardan Firudin Cəlilova ağır cavab: “Allah lənət eləsin!”

saytların hazırlanması

Evə çatdırılma

Ziyalılardan Firudin Cəlilova ağır cavab: “Allah lənət eləsin!”

Maraqlı

08 Dekabr 2023 15:22 3438


AXC hakimiyyəti dönəmində (1993) təhsil naziri işləmiş Firudin Cəlilovun BBC Azərbaycanca-ya müsahibəsi qalmaqala səbəb olub. 

Yenisabah.az xəbər verir ki, müsahibə zamanı Firudin Cəlilov Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə test üsulu ilə keçirilməsi təşəbbüsünün özünə məxsus olduğunu iddia edib: ""Elçibəy ya qorxurdu, ya da istəmirdi ki, test imtahanları olsun".

1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmiş türkoloq alim Kamil Vəli Nərimanoğlu Firudin Cəlilovun iddiasına sərt təpki göstərib. Marqarita pizza

“Kecmiş təhsil nazırı Firudin Celilovun uzun və mənasız çıxışı tərbiyəsizlikdir, yalan və  böhtandan başga bir şey deyil. Ayib deyilen bir şey var. Her yerdə hər cür polemikaya hazıram...

...Allah test inqilabını edən Elçibəyə və icraçı Vurğun Əyyuba rəhmət eləsin. Boş və mənasız adamlara min lənət! Xalq hər şeyi gözəl bilir”, - deyə Kamil Vəli Nərimanoğlu Firudin Cəlova cavabında bildirib

Məsələyə Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli də reaksiya verib:

“Mən Kamil müəllimlə həmfikirəm… Azərbaycanda test ideyasının ideal şəkildə reallaşdırılması Vurğun Əyyubun adı ilə bağlıdır. Yaşadığımız tarixi heç kim saxtalaşdıra bilməz”.

Xatırlada ki, abituriyentlərin test üsuli ilə ali təhsil ocaqlarına qəbul olunması prosesinə 1992-ci ildə başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Test itahanlarının abituriyentlərə, yəni kasıb ailələrin övladlarına xeyri oldu, həm də çox. Amma test üsulu blik meyarı ola bilməzdi. 15 ixtisas seçə bilərsən. alına gələni yaza bilərdin və bu siyahıda 14 və 15 -ci ixtisasa düşə bilərdin. Mən tələbə olmaq üçün indiki 100 abituriyentin ömrünü yaşadım, əziyyətli. Test üsulu ləğv edilməlidir. Vurğun Əyyub Allah rəhmət etsin.Tanıyırdım, nizdən 2 kurs əvvəl oxuyurdu. Çox idealizə edirsiniz... Dava salmayın..Qaytarın spvet dövründəki üz-üzə keçir4ilən qəbulimtahanlarını...
    2 years ago