Zümrüdü İçərişəhərə niyə buraxmırlar?

saytların hazırlanması

Evə çatdırılma

Zümrüdü İçərişəhərə niyə buraxmırlar?

Şou

01 İyun 2023 09:53 4533


Aparıcı Zümrüd Bədəlova İçərişəhərdə üzləşdiyi qanunsuzluqdan şikayətlənib.

Yenisabah.az xəbər verir ki, o, İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Şahin Seyidzadəyə müraciət ünvanlayıb:

“Şahin Seyidzadə, mən həm öz adıma, həm də vətəndaşların adına sizdən xahiş edirəm ki İçərişəhərə girişimizi mülayim şəkildə təmin edəsiniz. Eyyub adlı növbə rəisi nə məsələdirsə, növbəti dəfə mənim maşınımı içəri buraxdırmır. Bu gün turistlərə olunan xoş rəftar və bizə olunan rəftar hamımızı məyus etdi. pizza mizza

Məsələni çoxdandır işıqlandırmağa cəhd edirəm. Amma fikrimdǝn dönürəm. İşləridir deyib, susuram. Mən öz şəhərimdə azad şəkildə böyüdüyüm İçərişəhərə girə bilmirəmsə, üstəlik pis rəftar görürəmsə, buna artıq susmayacam. Xahiş edirəm turistlərlə yanaşı öz millətimizə, üstəlik jurnalistə hörmətsizlik etməyək. Anlayışla qarşılayacağınızı və Eyyub adlı rəislə bu məsələni aydınlaşdıracağınızı ümid edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!