Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi amnistiya qanununu imzalayıb.
Yenisabah.az xəbər verir ki, ona əsasən, minə yaxın məhbus dərhal azad olunacaq və 5 minə yaxın məhbusun cəzası azaldılacaq.
Prezident administrasiyasının buna dair məlumatında qeyd olunur: Marqarita pizza
“Parlament seçkilərindən əvvəl iqtidaryönlü partiyanın təşəbbüsü ilə parlamentdə amnistiya qanununun qəbul edilməsi açıq şəkildə seçicilərin dolayısı ilə ələ alınmasıdır və amnistiyanın seçkilərin sonu və ya ondan çox-çox əvvəl elan edilməsi məqsədəuyğundur”.
Bəyanatda qeyd olunur ki, prezident bir çox məhkumların və onların ailələrinin amnistiya gözlədiyini nəzərə alıb, ona görə də Zurabişvili qanunu imzalayıb.
Telegram kanalımız