Rusiyanın işğal altındakı Abxaziyanın Oçamçir limanını hərbi bazaya çevirmə planı Qara dənizdəki qarşıdurmanı ərazi sularımıza çəkmə məqsədi daşıyır.
Yenisabah.az Georgia Online-a istinadla istinadla xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili ölkə parlamentində prezident kimi sonuncu illik hesabatını təqdim edərkən deyib.
O bildirib ki, Oçamçirin Rusiya hərbi dəniz donanmasının bazasına çevrilməsi Qara dənizin strateji perspektivinə təhdid yaradır. Marqarita pizza
Zurabişvili deyib ki, Rusiya Ukraynadakı uğursuzluğuna baxmayaraq, Gürcüstana qarşı hibrid müharibə başladıb. O bu hibrid müharibənin strategiyasının uçuşların bərpası, Rusiya kruiz gəmisinin Batumiyə gəlməsi, Tbilisidəki Müqəddəs Üçlük Katedralına Stalinin təsvir edildiyi ikonanın yerləşdirilməsi kimi müxtəlif təxribatlara əsaslandığını deyib.
Dövlət başçısı çıxışı zamanı Gürcüstanda elit korrupsiyanın yeni səviyyəyə çatdığını, buna görə heç kimin məsuliyyətə cəlb edilmədiyini vurğulayıb.
Telegram kanalımız