İyunun 17-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Dördpendirli pizza
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.
Telegram kanalımız