Ermənilər bizə Ağdaban faciəsini yaşadıblar. Onlarla dinc sakin qətlə yetirilib, onlarla sakin əsir götürülüb. Bəzilərinin taleyi hələ də məlum deyil. Hərbi reportyor Ədil Arifoğlu o illərdə əsir götürülmüş şəxslərdən biri ilə apardığı müsahibə erməni vəhşiliyini sübut edir. Gənc qadın danışırmış:
“Ermənilər gözümün qarşısında ərimi öldürdülər. 8 yaşlı qızımı ayrı, məni ayrı aparırdılar. Uzaqda bir xəndək qazdılar, azərbaycanlılarla yanaşı, qızımı da diri-diri basdırdılar”. Bu, ermənilərin Ağdabanda başımıza açdığı müsibətin kiçik fraqmentidir.
Ermənilər Kəlbəcərdən noyabrın 15-də çıxacağına söz vermişdilər. Amma çıxmadılar. Paşinyan hökuməti Rusiya Federasiyası vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş etdi ki, sakinlər noyabrın 25-də çıxsınlar. Azərbaycan tərəfi etiraz etmədi, necə deyərlər, yüzə dözən 101-ə də dözər. Azərbaycan tərəfi bilir ki, onsuz da dekabrın 1-ə qədər bütün ermənilər Kəlbəcər, Ağdam və Laçından çıxacaq. Ən azından burada Rusiya tərəfinin imzası var. Bu dönəmdə imza məsələsi vacib məsələdir və kimsə öz imzasını ucuz tutmaz. Məhz bu mənada Azərbaycanın səbrli davranışı anlaşılandır. Sezar pizza
Amma biz onu da gördük ki, ermənilər Kəlbəcərdən çıxarkən hansı vəhşilikləri törədirlər. Halbuki onlar 1993-cü ildə saatlarla vaxt vermişdilər ki, sakinlər çıxsın. Özləri isə unitaza qədər daşımaqla mənsub olduqları unitaz mədəniyyətini göstərdilər. Unitaz mədəniyyətli xalqdan bundan başqa heç nə gözləmək olmazdı. Bu barbarlığı təkcə biz yox, rus və xarici jurnalistlər də gözləri ilə gördülər. Hətta rus blogerlərdən biri çıxışı zamanı bildirdi ki, 21-ci əsrdə bir xalqın belə barbarlığı gicbəsərlikdən başqa bir şey deyil: “Yaxşı siz evinizi yandırdınız, bəs ağacları niyə kəsirsiz”. Məlumatlara görə Kəlbəcərdəki ağaclar Ermənistanda iri restoran şəbəkəsinə malik sahibkarların tapşırığı ilə kəsilir. Qış vaxtı odun sobasının istisinə təşrif buruyan imkanlı adamlar kifayət qədər çox olur axı.
Amma sevindirci məqam odur ki, ermənilər gedəndə qəbirləri eşib əzizlərinin cənazələrini aparırlar. Bu bir tərəfdən ona görə yaxşıdır ki, erməni ölüləri torpağımızda qalmır. Digər sevindirici cəhət odur ki, onlar özləri daha bura qayıdacaqlarına inanmırlar, bu yaxşıdır ki, inanmırlar. Deməli, gözlərini indidən burdan çəkirlər. Üçüncü sevindirici cəhət odur ki, daha orta məktəblərdəki şagirdlərə, yeni doğulan körpələrin qulağına pıçıldamayacaqlar ki, “o torpaqlar bizimdir, orada bizim əzizlərimizin qəbri var”.
Ermənilər həm də ona görə vaxt istədilər ki, başları unitaz daşımağa qarışmışdı, elektrik dirəklərini, hətta naqilləri söküb aparmaq istəyirdilər. Eybi yox, dirəkləri də aparın, Moltanı İslam demişkən, o dirəklərdən bizdə çoxdur.
Biz ağacların kəsilməsinə dözərik, böyründən fidanlar çıxacaq, Ekologiya Nazirliyi meşələrin bərpası üçün bütün işləri görəcək. Biz cənazələrin aparılmasına da heç nə demirik, aparıb oralarda basdırıb ziyarət edərlər. Bəlkə də emal edilmiş qızılları daşımağa görə də vaxt istədilər. Eybi yox, onu da aparın, hələ qızıl olan onlarla dağımız mövcuddur Kəlbəcərdə. Dağları ki özünlə daşımayacaqsız. Biz sadəcə sizin ordan çıxmağınızı gözləyirik. Onu da yerinə yetirəcəksiz. 10 gün 10 il vaxt deyil. Bu yalnız 10 gündür.
Azər Qismət
Telegram kanalımız