10 ildən sonra NASA-dan bir ilk

saytların hazırlanması

Evə çatdırılma

10 ildən sonra NASA-dan bir ilk

Maraqlı

23 May 2020 12:20 950


NASA 10 illik fasilədən sonra Beynəlxalq Kosmik Stansiyaya kosmonavt göndərmək üçün son yoxlamalar aparıldığını açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, prosesin mayın 27-də həyata keçirilməsi planlaşdırılır. Bildirək ki, kosmonavt Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən göndəriləcək. NASA və SpaceX rəsmiləri açıqlama verərək bir yox iki kosmonavtın olacağını və onların raketlə göndəriləcəyini vurğulayıb. 

ABŞ prezidenti Donald Tramp Ağ Evdən verdiyi açıqlamada raket atış mərasiminə qatılmağı planlaşdırdığını deyib.  Dominos pizza

Qeyd edək ki, bu "SpaceX"ın insanlı ilk kosmik səfəri olacaq. Həmçinin proses NASA-nın 2011-ci ildə "Space Shuttle" proqramını sonlandırmasından sonra ABŞ-ın da insanlı ilk kosmik ekspedisiyası xüsusiyyətini daşıyır. 

Sayad Həsənli

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!