10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlandı

saytların hazırlanması

Evə çatdırılma

10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlandı

İqtisadiyyat

26 Aprel 2019 01:44 1013


10 min dollardan artıq kreditlərlə bağlı da təkliflər hazırlanıb.

İqtisadçı-deputat Vahid Əhmədov bununla bağlı açıqlamasında bildirib ki, 10 min dollardan çox olan problemli kreditlərə dair müəyyən təkliflər mövcuddur. 

Deputat şəxsən özünün də təkliflər irəli sürdüyünü deyib: "Biz hazırladığımız təklifləri təqdim edəcəyik. Bununla bağlı iş gedir, hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm”.  pizza hut

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 22 aprel 2019-cu il tarixindən etibarən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir. 

Azvision.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!