10 nəfərin meyiti təhvil verilib - FHN AÇIQLAMA YAYDI

saytların hazırlanması

Evə çatdırılma

10 nəfərin meyiti təhvil verilib - FHN AÇIQLAMA YAYDI

Hadisə

25 Avqust 2025 12:44 54170


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

“Yeni Sabah” xəbər  verir   ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 692 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Dördpendirli pizza

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 57 nəfər xilas edilib, 13 nəfər xəsarət alıb, 8 nəfər təxliyə olunub, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!