10 şahmatçımız Avropa çempionatında çıxış edəcək

saytların hazırlanması

Evə çatdırılma

10 şahmatçımız Avropa çempionatında çıxış edəcək

İdman

10 Aprel 2019 17:03 900


Azərbaycanın 10 qadın şahmatçısı bu gün Türkiyənin Antalya şəhərində start götürəcək Avropa çempionatında iştirak edəcək.

“Yeni Sabah” xəbər verir ki, 20-ci dəfə təşkil olunacaq yarışda ölkəni Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Fidan Ağasiyeva və Nərmin Söyünlü təmsil edəcək.

İsveçrə sistemi ilə keçiriləcək fərdi mübarizə 11 turdan ibarət olacaq. Aprelin 23-dək davam edəcək Avropa çempionatının mükafat fondu 60 min avrodur. Qalib 10 min avro qazanacaq. Yarışda ilk 14 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə əldə edəcəklər. Toyuqlu pizza

Qeyd edək ki, Avropa çempionatı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Hələlik yarışın püşkü atılmayıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!