10 siyasi partiya illik maliyyə hesabatı verib

saytların hazırlanması

Evə çatdırılma

10 siyasi partiya illik maliyyə hesabatı verib

Siyasət

19 Fevral 2019 16:30 945


Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı 10-a çatıb.

"Yeni Sabah" xəbər verir ki, bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və Azərbaycan Liberal Demokrat Partiyasıdır. 

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!