10 söz deyir, 9-u yalan, biri şübhəli –   Bu bürclərə inanmayın!

saytların hazırlanması

Evə çatdırılma

10 söz deyir, 9-u yalan, biri şübhəli – Bu bürclərə inanmayın!

Maraqlı

05 May 2025 15:49 736


Bəzi insanlar üçün yalan bir müdafiə vasitəsi, bəziləri üçünsə sadəcə vəziyyətdən çıxış yoludur. Astroloqlar isə bu davranışın insanın xarakteri ilə yanaşı, mənsub olduğu bürclə də əlaqəli ola biləcəyini iddia edirlər. Sosial mediada geniş rezonans doğuran bir araşdırmada ən çox yalan danışdığı düşünülən dörd bürc önə çəkilib. Bu bürclər arasında elələri var ki, manipulyasiya bacarığı ilə seçilir, bəziləri isə vəziyyəti yumşaltmaq üçün həqiqəti dəyişməyə üstünlük verir.

Yenisabah.az həmin bürcləri təqdim edir:

 Əkizlər bürcü zəkası, hazırcavablığı və sürətli düşünmə qabiliyyəti ilə seçilir. Bu bürc nümayəndələri vəziyyətdən çıxmaq və ya qarşı tərəfi razı salmaq üçün tez-tez sözlərini dəyişə bilər. Sosial mediada bu xüsusiyyətləri tez-tez tənqid olunsa da, bəzi insanlar onların pis niyyətli deyil, sadəcə çox danışqan olduqlarını bildirir. pizza mizza

Əqrəb bürcü isə daha çox gizlilik və strateji düşüncə ilə tanınır. Bu bürc nümayəndələri duyğularını gizlətməyi və hadisələri öz lehinə çevirməyi bacarır. Astroloqlar onların açıq şəkildə yalan danışmaqdan çox, həqiqəti gizlətməyə və idarə etməyə meyilli olduqlarını deyirlər.

Tərəzi bürcü balans yaratmaq və qarşıdurmalardan qaçmaq üçün çalışır. Buna görə də, onlar münaqişədən yayınmaq üçün bəzi hallarda həqiqəti yumşaldaraq danışa bilirlər. Tərəzilər birbaşa yalan danışmasalar da, diplomatik şəkildə vəziyyəti idarə etməyə çalışırlar.

Oğlaq bürcü isə məqsəd və uğura yönəlmiş xarakterləri ilə tanınır. Onlar bəzi hallarda gerçəkləri gizlətmək və ya dəyişmək vasitəsilə qarşıya qoyduqları hədəflərə çatmağa çalışa bilərlər. Bu xüsusiyyətlərinə görə onlara "hesablı yalançı" deyilir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!