100-ə yaxın əlavə avtobus xəttə buraxılıb

saytların hazırlanması

Evə çatdırılma

100-ə yaxın əlavə avtobus xəttə buraxılıb

Avto

29 May 2019 12:32 1237


Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır.

“Yeni Sabah” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qurum gücləndirilmiş iş rejimində işləyir:

"Ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb. Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək. Əlavə olaraq qeyd edək ki, “Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşimizin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!