"Avropada avqust ayının sonuna doğru yoluxmuş xəstələrin 90 faizində Delta variantının (Hindistan ştammı) olacağı proqnozlaşdırılır. Biz həkimlər koronavirusun Delta variantından narahatıq. Çünki bu, Britaniya ştammından, yəni Alfa variantında (Britaniya ştammı) 50-60 faiz daha yoluxucudur".
Yenisabah.az xəbər verir ki, bunu həkim Emil Qasımov Hindistan ştammı barədə fikirlərini bildirərkən deyib.
Tibb mütəxəssisi bu variatın Azərbaycanda yayılacağını proqnozlaşdırır: "Hindistan ştammının fərqi qripə bənzər simptomlarının olmasındadır. Yoluxmuş xəstələr baş və boğaz ağrısı, burun axıntısı və əlavə olaraq qarın ağrısı, ishal kimi şikayətlər edir. Həmçinin qeyd edək ki, yoluxuculuq dərəcəsi ilk variantından 100 faiz çoxdur. Xəstəliyin daha öldürücülüyü barədə əlimizdə heç bir dəlil yoxdur"./Ölkə.az Sezar pizza
Telegram kanalımız