Kanalda batan 11 yaşlı qızın meyiti tapıldı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Kanalda batan 11 yaşlı qızın meyiti tapıldı - Yenilənib

Hadisə

15 May 2020 19:21 750


Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının axtarışları başa çatıb. 

FHN-dən Yenisabah.az-a daxil olan məlumata görə, A.Məmmədovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*** Dördpendirli pizza

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının batması barədə məlumat daxil olub. 

Yenisabah.az FHN-ə istinadən bildirir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!