11 yaşlı uşağın silah anbarı tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

11 yaşlı uşağın silah anbarı tapıldı 

Kriminal

20 Sentyabr 2024 16:33 976


ABŞ-ın Florida ştatında qəribə hadisə baş verib. Ştatın Kinqston şəhərində yaşayan 11 yaşlı Karlo Dorellinin otağında çoxlu sayıda öldürücü silahlar tapılıb. 

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Florida polisi Dorellinin sinif yoldaşları tərəfindən edilən çoxsaylı şikayətlər əsasında onun evində əməliyyat keçirib. Nəticədə 11 yaşlı Karlonun otağından M-4, AUG avtomatı və çox sayıda kəsici alətlər aşkarlanıb. 

Polisin bildirdiyinə görə, Dorellinin otağında sinif yoldaşlarının adı yazıldığı və "öldürüləcəklər" başlıqlı siyahı da tapılıb. Hadisədən sonra uşağın ailəsi məsuliyyətə cəlb olunub.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!