116 il sonra da danışan kətanlar - Səttar Bəhlulzadə

saytların hazırlanması

Evə çatdırılma

116 il sonra da danışan kətanlar - Səttar Bəhlulzadə

Mədəniyyət

15 Dekabr 2025 11:13 945


Bu gün Azərbaycan təsviri sənətinin özünəməxsus simalarından biri, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 116 il keçir.

"Yeni Sabah" xəbər verir ki, 1909-cu ildə Bakının Əmircan kəndində dünyaya gələn sənətkar həm Bakıda, həm də Moskvada peşəkar rəssamlıq təhsili alıb, O, Surikov adına institutun məzunu olub.

Yaradıcılıq fəaliyyətinə karikatura ilə başlayan Bəhlulzadə sonralar tarixi mövzulara, daha sonra isə Azərbaycan təbiətinin bənzərsiz mənzərələrinə üz tutub. Onun Abşeron, Xəzər, Naxçıvan və Qarabağ motivləri ilə zəngin əsərləri rənglərin emosional gücü və milli ruhu ilə seçilir. Rəssam “Vətənimin baharı”, “Xəzər gözəli”, “Suraxanı atəşgahı”, “Neft daşları” kimi tabloları ilə Azərbaycan mənzərə məktəbinə yeni nəfəs gətirib. Marqarita pizza

Əsərləri dünyanın onlarla ölkəsində sərgilənən Səttar Bəhlulzadə 1974-cü ildə vəfat edib və doğma Əmircan kəndində dəfn olunub. Onun sənəti bu gün də Azərbaycan torpağına bağlılığın və ilhamın simvolu kimi yaşayır.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!