12 evdən oğurluq edənlər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

12 evdən oğurluq edənlər tutuldu

Kriminal

07 Fevral 2019 20:38 1069


Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar. 

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Mirsaleh Məmmədov və Şəmkir rayon sakini Samir Abbasov tutulublar.

Araşdırma zamanı onların Binəqədi, Biləcəri qəsəbələrində yerləşən 12 evdən əsasən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Qeyd edək ki, evlərə oğurluğa əsasən M.Məmmədov daxil olub. Daha sonra o, oğurladığı əşyaları S.Abbasovla birlikdə satıb. Həmin şəxsləri ətraflarında keçirilən əlavə tədbirlərlə onların digər rayonların ərazilərində də evlərdən oğurluqlar etdikləri məlum olub. pizza hut

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nə göndərilib, araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!