Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S.Rəhimova şübhəli qismində saxlanılıb.
Araşdırmalar davam edir. pizza sifarişi
Xatırladaq ki, Şəmkirdə bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada ölüb.
Hadisə rayonun Mahmudlu kəndində baş verib. 2014-cü il təvəllüdlü Ə.Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.
Telegram kanalımız