Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Dünya

25 İyul 2026 21:46 124


Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, tərəflər Ermənistan-Fransa strateji tərəfdaşlığının gündəliyində duran məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin ardıcıl inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı iradələrini təsdiqləyiblər.

Nikol Paşinyan ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistandan ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Dominos pizza

Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini də müzakirə ediblər. Paşinyan və Makron Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!