İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ: Avropanın ən ucuz ÖLKƏLƏRİ

saytların hazırlanması

Evə çatdırılma

İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ: Avropanın ən ucuz ÖLKƏLƏRİ

Turizm

25 İyul 2026 20:48 665


Avropa ölkələrində istirahətin qiyməti seçilən istiqamətdən və xərclərin strukturundan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.

''Yeni Sabah'' xəbər verir ki, “Euronews”un yaydığı məlumata görə, səfər bron etməzdən əvvəl yaşayış, qidalanma və gündəlik xərclərin orta qiymətlərini müqayisə etmək lazımdır. Çünki hətta məşhur turist ölkələrində də qiymət səviyyəsi kəskin şəkildə dəyişə bilər.

İstirahət üçün Avropanın ən ucuz ölkəsi hansıdır? Dominos pizza

Qeyd olunur ki, statistika ayrı-ayrı kurort şəhərlərindəki deyil, ölkə üzrə orta qiymət səviyyəsini əks etdirir. Bu səbəbdən paytaxtlarda və ya məşhur turizm məkanlarında yaşayış və xidmət haqqı orta göstəricidən xeyli yüksək ola bilər.

“Euronews”un məlumatına görə, ümumi qiymət səviyyəsinə görə ən sərfəli ölkə Türkiyə olaraq qalır. Araşdırmada bildirilir ki, Avropa İttifaqı ölkələrində mal və xidmətlərin orta istehlak səbəti 100 avro təşkil edirsə, Türkiyədə bu göstərici təxminən 59,6 avrodur.

Bununla yanaşı, təhlil edilən ölkələr arasında ən baha ölkə Fransa olub.

Avropada ən ucuz hotellər və restoranlar haradadır?

Nəşr yazır ki, səyahət zamanı ən böyük xərc maddələrindən birini məhz yaşayış və qidalanma təşkil edir. Nəşr yazır ki, Fransa ən baha hotel və restoranlara malik ölkələrin reytinqinə başçılıq edir. Bu səbəbdən həmin xərcləri planlaşdırma mərhələsində nəzərə almaq vacibdir.

Əvəzində yaşayış və ictimai iaşə obyektlərinə baş çəkmək üçün ən sərfəli ölkə Portuqaliya olub. Orada hotel və restoran qiymətləri Avropa İttifaqı üzrə orta göstəricidən orta hesabla 26,4% aşağıdır.

Spirtli içkilər ən baha və ən ucuz haradadır?

Tədqiqatçılar spirtli içkilərin qiymətlərini də ayrıca müqayisə ediblər. Türkiyədə ümumi qiymət səviyyəsinin aşağı olmasına baxmayaraq, spirtli içkilər araşdırılan ölkələr arasında məhz burada ən baha çıxıb.

Eyni zamanda, tədqiqat nəticələrinə əsasən, spirtli içkiləri almaq üçün ən sərfəli ölkə İtaliyadır. Burada onların dəyəri təhlil edilən Avropa ölkələri arasında ən aşağılardan biridir.

Büdcəli səyahət planlaşdırmazdan əvvəl nəyi nəzərə almaq lazımdır?

“Euronews” vurğulayır ki, yalnız orta qiymət səviyyəsinə arxalanmaq doğru deyil. Yekun büdcə mövsümdən, konkret regiondan, hərəkət vasitəsindən, hotelin kateqoriyasından və turistin şəxsi xərclərindən asılıdır.

Bundan əlavə, mütəxəssislər səfərdən əvvəl mənzili qabaqcadan bron etməyi, nəqliyyat qiymətlərini müqayisə etməyi və turizm sığortası rəsmiləşdirməyi tövsiyə edirlər. Bu, gözlənilməz xərclərin qarşısını almağa və səyahət zamanı özünü daha arxayın hiss etməyə kömək edəcək.\\Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!