12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Özündən 4  yaş böyük bacısı polisə təslim olubmuş

saytların hazırlanması

Evə çatdırılma

12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Özündən 4 yaş böyük bacısı polisə təslim olubmuş

Kriminal

25 İyul 2026 23:53 109


Şəmkirdə 12 yaşlı qızın bacısı tərəfindən öldürülməsi ilə bağlı yeni təfərrüat məlum olub.

"Yeni Sabah" "Xəzər" TV-yə istinadla xəbər verir ki, araşdırma zamanı məlum olub ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. 12 yaşlı Əfsanə Novruzovanıт bacısı, 16 yaşlı Səma Rəhimova aralarında yaranmış mübahisə zamanı onu kəsici alətlə qətlə yetirib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacı, 16 yaşlı Səma Rəhimova saxlanılıb. Dominos pizza

Mərhumun babası isə baş verənlərlə bağlı danışarkən bildirib ki, nəvəsi itkin düşəndə axtarmağa başlayıblar:

"O, ölü vəziyyətdə tapıldı, evin arxasında... Sonradan məlum oldu ki, bacısı edib. Özü xəbər verib polisə. Aralarında mübahisə olub, yoxsa yox - bunu bilmirəm".

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!