Barama pulunu ala bilmirlər – ŞİKAYƏT - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Barama pulunu ala bilmirlər – ŞİKAYƏT - VİDEO

Xalqın səsi

25 İyul 2026 22:04 162


Kümçülər təhvil verdikləri baramanın pulunu ala bilmirlər.

"Yeni Sabah" Xəzər Tv-yə istinadən xəbər verir ki, Balakən rayonundan olan kümçülərin sözlərinə görə, ödənişlər bir aydan artıqdır gecikir. Rayonun Qasbinə kənd sakini Rafiq Məsimov deyir ki, iyunun 15-də təhvil verdiyi baramanın pulu hələ də hesabına köçürülməyib.

O bildirib ki, 40 qram ipəkqurdu toxumundan əldə etdiyi baramaya görə təxminən 600 manat almalıdır. Bu vəsaitlə borclarını ödəməyi planlaşdırsa da, ödəniş gecikdiyi üçün çətinlik yaşayır. Dördpendirli pizza

Hənifə kəndindən olan digər kümçü də eyni problemlə üzləşdiyini bildirir. Onun sözlərinə görə, ötən il barama pulu daha qısa müddətdə ödənilib, bu il isə proses xeyli uzanıb.

Məsələ ilə bağlı Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxladıq. Qurumun direktor vəzifəsini müvəqqəti icra edən Elvin Səmədov bildirdi ki, "Azəripək" MMC hər kiloqrama üçün 5 manat vəsaitin ödənilməsinə başlayıb. Dövlət tərəfindən yaş baramanın hər kiloqramına görə 6 manat subsidiyanın ödəniləməsinə də yaxın günlərdə başlanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!