Sumqayıtda sirkə turşusundan zəhərlənmə ölümlə nəticələnib.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, 1962-ci il təvəllüdlü Səlminaz Səməd qızı Əliyeva ehtiyatsızlıq nəticəsində sirkə turşusu qəbul edib. pizza hut
Vəziyyəti ağırlaşan qadın təcili olaraq Bakı şəhərində yerləşən Toksikologiya Mərkəzinə yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Səlminaz Əliyeva müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Prokurorluq əməkdaşları hadisənin bütün halları və səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirirlər./Teleqraf
Telegram kanalımız