Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda pulu qanunsuz olaraq ələ keçirən şəxs saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, ötən il dekabrın 31-dən cari il yanvarın 17-dək olan müddətdə paytaxtın Xəzər, Səbail, Nizami, Yasamal, Suraxanı, Xətai, Abşeron rayonları, respublikanın Quba və Sumqayt şəhərləri ərazisində quraşdırılmış “Milli ön” ödəmə terminallarından 122742 manat və 1200 ABŞ dolları oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən həmin şirkətdə inkasator işləyən Bakı şəhər sakini İlqar Əlixanov polis tərəfindən tutulub. Marqarita pizza
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 42145 manat və 9400 ABŞ dolları aşkar edilərək götürülüb.
Telegram kanalımız