“Sumqayıt” 2019-cu ildə ilk qələbəsini qazanıb.
"Yeni Sabah” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 23-cü turunda “Keşlə”ni qəbul edən “Sumqayıt” komandası qələbəsizlik seriyasına son qoyub. 2:1 hesabı ilə qalib gələn meydan sahibləri 9 uğursuz matçdan sonra üç xala seviniblər.
Qeyd edək ki,Sumqayıtlılar sonuncu dəfə ötən il dekabrın 1-də qalib gəlmişdi. 13-cü turun “Səbail”lə ev görüşündə 1:0 hesablı qələbəyə sevinən komanda növbəti qalibiyyəti 126 gün gözləyib. Xatırladaq ki, “Sumqayıt”19 xalla 7-ci pillədədir. pizza
Telegram kanalımız