Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanmasına Briliant Dadaşova da münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, Xalq artisti erkən nikah cəhdini tənqid edib:
"Balaca qızlar elə bilirlər ki, nişanlanıb ərə getmək yalnız qəşəng gəlinlik paltarı geyinib, sırğa, üzük taxmaqdan ibarətdir. 13 yaşlı uşağa tamah salan pedofil dindirilməlidir. Tez ayılan, təhsil almaq istəməyən 16-17 yaşlı yetişkin qızlar az deyil. Amma 13 yaşında uşaqla ərə getməkdən bəhs etmək belə cinayətdir və məsuliyyətə cəlb olunmalıdır". pizza sifarişi
B.Dadaşova bu sözləri "show_news" səhifəsində yazıb.
Telegram kanalımız