Saray qəsəbəsində evlərin birindən içərisində 130.000 ABŞ dolları və 700 qram qızıl-zinət əşyaları olan seyfin oğurlanıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən Çin vətəndaşları - V.Zhijian və V.Honqfu ölkədən çıxmağa cəhd edərkən saxlanılıblar. Onların üzərindən 17.306 dollar, 9586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əskinasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.
Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. pizza sifarişi
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində müvafiq maddəsi ilə cinayət işi başlanılıb, şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız