14 evdən oğurluq edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

14 evdən oğurluq edənlər saxlanıldı

Kriminal

31 Yanvar 2019 17:26 1054


Bakıda 14 bağ evindən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən “Yeni Sabah” a verilən məlumata əsasən, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı Şamaxı rayon sakini Elgün Qəhrəmanov və Sabunçu rayon sakini Nəcəfqulu Quliyev tutulublar.

Araşdırma zamanı onların Nardaran, Ləhic, Maştağa və Bilgəh bağlarında yerləşən 14 evdən əsasən kombi, televizor və digər məişət əşyaları oğurladıqları məlum olub.  Pepperoni pizza

Qeyd edək ki, bağ evlərinə oğurluğa E.Qəhrəmanov daxil olub. Daha sonra o, oğurladığı əşyaları N.Quliyevin avtomobili ilə həmin ərazidən apararaq satıb. Oğurluq malların satışından əldə edilən pul isə iki şəxsin arasında bölünüb.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!