14 iyul tarixində bugünkü qüdrətli, yenilməz Azərbaycanın bünövrəsi qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

14 iyul tarixində bugünkü qüdrətli, yenilməz Azərbaycanın bünövrəsi qoyuldu

Siyasət

14 İyul 2023 21:34 940


Azərbaycanın bugünkü uğurlarının başlanğıc nöqtəsi olan 14 iyul 1969-cu il tarixindən 54 il keçir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi bu tarix ölkəmizin qarşısında geniş üfüqlər açdı. Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, o illərdə ölkədə neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi, yeni texnologiyalar əsasında təkmilləşdirilən, keçmiş İttifaq əhəmiyyətli kondisioner zavodu kimi onlarla iri sənaye müəssisələri şəbəkəsi yaradıldı. Cəmşid Naxçıvanski adına məktəbi yaratmaqla milli hərbi, elmi kadrların yetişdirilməsinə inkişafın təməl prinsipləri kimi diqqət yetirən Ulu Öndər gənc mütəxəssislərin ixtisaslara yiyələnməsini təmin etmək üçün önəmli addımlar atdı.  Sezar pizza

Vüqar Rəhimzadə  bildirib ki, hakimiyyətə gəldiyi ilk günlərdən Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi diqqət mərkəzində idi. Məhz bu səbəbdən Ulu Öndərin ciddi səyi ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr və şərait baxımından sözün əsl mənasında qətiyyət və siyasi iradə tələb edən belə bir addım Ulu Öndər tərəfindən məhz müstəqillik naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, klassiklərin keçmiş İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli, dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.

 YAP Xətai rayon təşkilatının sədri o illərin reallıqları fonunda bu mühüm məqamı xüsusi qeyd edib ki, Ümummilli Liderin  xidmətləri sayəsində Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi. Bakı Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Neft sənayesinin prioritetliyi Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  “Əsrin müqaviləsi”nin imzalanması istiqamətində göstərdiyi səylərdə özünün aydın ifadəsini tapdı. Məlum olduğu kimi, zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini yenidən  bərpa edən Azərbaycan Ermənistanın hərbi təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr ucbatından dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Heç də təsadüfi deyil ki, Ümummilli Liderin  ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi dəyərləndirilir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Dahi şəxsiyyət Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, Onun sona çatdıra bilmədiyi işləri, planları məhz İlham Əliyevin axıra çatdıracağını bildirdi. Son 20 ilə yaxın dövrün uğurlarının zirvəsində dayanan Vətən müharibəsində tarixi Zəfərimizə imza atmaqla ölkə Prezidenti, Müzəffər  Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bütün arzularını reallığa çevirdi. Dahi şəxsiyyətin görmək istədiyi bugünkü Azərbaycanı yaratdı.  Bu gün Ümummilli Liderin ruhu şaddır. İki ildən artıqdır ki, Ulu Öndərin böyük inamını ifadə etdiyi torpaqlarımızın tarixi sahibinə qovuşması ilə bağlı arzusu reallığa çevrilib. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır,özünün dirçəliş mərhələsini yaşayır. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar.   Əbəs yerə deyilmir ki, zaman hadisələrə ən böyük dəyər vermək üçün zəngin mənbədir.  İllər keçdikcə   müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin miqyası daha aydın görünür, düzgün dəyərləndirilir,  fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusu kimi araşdırılır, neçə-neçə  elmi əsərlərin, kitabların ərsəyə gəlməsini şərtləndirir.  Azərbaycanın müasir siması belə bir həqiqəti əks etdirir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı bütün  arzuları gerçəkləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!