14 kötücəsi olan qadın 100 yaşını qeyd edib -   Naxçıvanda

saytların hazırlanması

Evə çatdırılma

14 kötücəsi olan qadın 100 yaşını qeyd edib - Naxçıvanda

Rəsmi

13 İyul 2019 18:36 1138


Culfa rayonunun Camaldın kəndində yaşayan Həqiqə İsgəndərovanın 100 yaşı qeyd olunub.

“Yeni Sabah” xəbər verir ki, bu münasibətlə Həqiqə İsgəndərova ilə görüş keçirilib. Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova və Culfa Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Mustafa Cəlilov yubilyarı 100 yaşı münasibətilə təbrik ediblər. 

Tədbirdə yubliyara hədiyyə təqdim olunub. Həqiqə İsgəndərova və oğlu  Talıb İsgəndərli  göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.  Toyuqlu pizza

Qeyd edək ki, Həqiqə İsgəndərova 1919-cu ilin iyul ayının 1-də Camaldın kəndində anadan olub. Onun 10 övladı, 44 nəvəsi, 94 nəticəsi, 18 kötücəsi var. 1967-ci ildə “Qəhraman ana” adına layiq görülüb. Həqiqə İsgəndərova həm də arxa cəhbə veteranıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!