Gənc, yeniyetmə, yetkinlik yaşına çatmayan qızların cinsi istismara, təcavüzə məruz qalması ilə bağlı qanunvericiliyimizdə daha sərt maddələr nəzərdə tutulmalıdır.
"Yeni Sabah" xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
A.Naxçıvanlı bu məsələlərdə təbliğata, maarifləndirmə işlərinin sürətləndirilməsinə, ailələrlə, valideynlərlə mütəmadi işlərin aparılmasına ciddi ehtiyac duyulduğunu bildirib. pizza
O qeyd edib ki, elə məsələlər var ki, onları təkcə qanunlarla tənzimləmək olmur, mümkün deyil, burada mənəviyyat, əxlaq qanunları da rol oynamalı, öz sözünü deməlidir:
“14 yaşlı qızla bağlı məsələyə gəlincə, bu, çox ürəkağrıdıcı və qandondurucu bir hadisə, cinayət əməlidir və bunu edənlər hüquqi yolla ən sərt şəkildə cəzalandırılmalıdır. Amma bu məsələnin kökünü də bilmək gərəkdir.
Axı bu 14 yaşlı qızın hoteldə nə işi olub, o, necə ora gedib, nə üçün gedib? İş məqsədiləmi ora gedib, yoxsa ailəsindəmi hansısa problemlər yaşanıb, olub, var? Necə olub ki, hotelə getməsindən onun ailəsinin, valideynlərinin xəbəri olmayıb? Onlara hara baxıblar, baxırlar?
Bilirsiniz, çox dəhşətli bir mənzərədir, sanki ailələr, valideynlər öz övladlarından ayrı düşüblər... Bir çoxları artıq öz övladlarının bu gününü, gələcəyini taleyin amansız axarına buraxıblar.
Burada məktəblərin, təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar da bu məsələdə ciddi cavabdehlik daşıyırlar və daşımalıdırlar. Məktəb təkcə təhsil demək deyil, həm də təlim-tərbiyə deməkdir.
Axı 14 yaşlı qız məktəb yaşlı qızdır, o, məktəbə gedirmi, getmirmi, necə olub ki, təhsildən yayınıb, bunun kökü nədən, ailədən, yoxsa kənar amillərdən başlayır, bunlar bilinməlidir.
Yadınıza gəlirsə, əvvəllər məktəblərdə ailə komitələri vardı, onlarla məktəblərlə, müəllim kollektivləri ilə qarşılıqlı surətdə fəaliyyət göstərir, əməkdaşlıq edir, təlim-tərbiyə işlərinin düzgün qurulmasında öz töhfələrini verirdilər”.
Komitə sədri hesab edir ki, məktəblərdə belə komitələrin yenidən yaranmasına, bərpasına ehtiyac var.
Telegram kanalımız