14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın   FALÇI İMİŞ

saytların hazırlanması

Evə çatdırılma

14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın FALÇI İMİŞ

Sosial

04 Sentyabr 2025 22:56 785


Xalası tərəfindən işgəncələrə məruz qaldığı iddia edilən 14 yaşlı oğlanla bağlı yeni detallar üzə çıxıb.

Qonşuların sözlərinə görə, Günay Novruzova falçılıqla məşğul olub və özünü "Hacı xanım" kimi təqdim edib.

"Uşaq elə bir vəziyyətdə idi ki, hansı vicdansız buna dözə bilərdi?! Öz ayağı ilə gəlib qapını döyüb yardım istədi. Qanını mən silmişəm. "Xala, mənə kömək edin, məni uşaqlar evinə verin" dedi. Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü. Qadına heç kim söz deyə bilmirdi, çünki bu məhəllədə hamını şantaj edirdi", - deyə qonşulardan biri bildirib. pizza sifarişi

Qonşular işgəncə faktını təsdiqləsələr də, uşağın böyük qardaşı deyilənlərlə razılaşmır:

"Hər şeyimiz normal olub, heç bir pislik görməmişəm. Mən əsgərlikdə olduğum vaxt qardaşımın o vəziyyətdə olduğunu gördüm. Qonşular burada idilər, amma heç kim mənə deməyib ki, qardaşıma işgəncə verilib. Qardaşım da bu barədə mənə heç nə deməyib. Mən nə görüntülərə, nə xalama, nə də qonşulara güvənirəm. Ekspertizanın cavabını gözləyirəm", - deyə qardaşı açıqlayıb.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!