15 milyonluq istiqraz hərracı keçirilib

saytların hazırlanması

Evə çatdırılma

15 milyonluq istiqraz hərracı keçirilib

İqtisadiyyat

30 Yanvar 2019 01:18 1066


Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Yeni Sabah” xəbər verir ki, hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.1645 AZN (10.0356 faiz) və 100.0774 AZN (8.9568 faiz) olan 5 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (9.0000 faiz), orta ölçülmüş qiyməti 100.0067 AZN (8.9962 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12,567,800.00, yerləşdirilmiş həcmi isə 11,549,200.00 AZN təşkil edib. Sezar pizza

İstiqrazlar 2022-ci il yanvarın 25-də ödəniləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!