150 km/saat külək niyə təhlükəsizdir? -   Səbəbi heyrətləndirir!

saytların hazırlanması

Evə çatdırılma

150 km/saat külək niyə təhlükəsizdir? - Səbəbi heyrətləndirir!

Maraqlı

09 Oktyabr 2025 13:46 1260


Saatda 150 kilometr sürətlə əsən külək Yer kürəsində artıq “qasırğa” sayılır və dağıdıcı təsir göstərir. Amma Marsda vəziyyət tam fərqlidir, orada küləyin demək olar ki, heç bir fiziki təsiri yoxdur. Bəs bunun səbəbi nədir?

“Yeni Sabah” xəbər verir ki, Yer üzündə saatda 150 kilometr sürətlə əsən külək, Saffir-Simpson şkalasına görə birinci kateqoriyalı qasırğa hesab olunur.

Belə küləklər ağacları kökündən qopara, dam örtüklərini uçura, binalara ciddi zərər vura, avtomobilləri aşırda və elektrik xətlərini qıra bilər. Oxşar hava şəraitində küçəyə çıxmaq son dərəcə təhlükəlidir, uçan əşyalar və qopan qırıntılar insanlara ölümcül xəsarətlər yetirə bilər. Pepperoni pizza

Marsda isə vəziyyət tamam fərqlidir. Qırmızı planetin atmosferi Yer atmosferindən təxminən 100 dəfə seyrəkdir. Buna görə də, küləyin sürəti eyni olsa belə məsələn, saatda 150 kilometr, onun itələmə gücü (momentumu) çox zəifdir. Başqa sözlə, belə külək nə insanı, nə də bir nəqliyyat vasitəsini yıxa bilər.

Bununla belə, Mars küləkləri xırda toz hissəciklərini asanlıqla havaya qaldırmaq və böyük toz fırtınaları yaratmaq gücünə malikdir. Bu fırtınalar görüş məsafəsini sıfıra endirir, günəş panellərini örtür və rabitə sistemlərinə mane olur.

Yəni Yer kürəsində ölümcül təhlükə sayılan 150 km/saat sürətli külək Marsda fiziki baxımdan zərərsizdir, amma texnoloji sistemlər üçün risk daşıyır.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!