2019-cu ilin yanvar ayı ərzində Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA)tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Qaradağ, Qazax, Salyan, Şəmkir, Tovuz, Tərtər, Xızı rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki şəhərləri ərazisində 486,894 m² (48.69 ha) ərazi yoxlanılıb.
ANAMA-dan “Yeni Sabah”a verilən məlumata görə, həmin ərazilərdə 158 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə və 3 ədəd tank əleyhinə mina (cəmi 162 ədəd) aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 477 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 532,656,082 m² (53,265.61 ha) ərazi təmizlənib, 801,317 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
Yanvar ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 12 (on iki), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 6 (altı), Dövlət Sərhəd Xidmətindən (DSX) - 5 (beş) və Suraxanı rayon Polis şöbəsindən - 2 (iki) müraciət daxil olub (cəmi çağırış: 25). Müraciətlər əsasında 20 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 20,600 kv.m ərazi yoxlanılmış, 84 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
2019-cu ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
Telegram kanalımız