16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər - Foto

saytların hazırlanması

Evə çatdırılma

16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər - Foto

Hadisə

25 Sentyabr 2019 09:18 1401


Sentyabr 17-də Goranboyda 16 yaşlı qızın qaçırılmasında istifadə olunan avtomobil və şəxslər saxlanılıb.

"Yeni Sabah" apa-ya istinadən xəbər verir ki, 16 yaşlı qızın qaçırılmasında iştirak edən, rayon sakini Bayramov İlqar Ələmşah oğlu idarə etdiyi "Mercedes” markalı, 22 BH 414 dövlət nömrə nişanlı avtomobilə ilə birlikdə saxlanılıb.

Daha sonra "Pişən” ləqəbi ilə tanınan İlqar Mehdiyevin yeri Gəncə şəhərində müəyyən edilib. Dərhal əməliyyat qrupu həmin yerə cəlb olunub. İlqar Mehdiyev tutularaq rayon polis şöbəsinə gətrilib. 16 yaşlı qızın isə vəziyyətinin normal olduğu bildirilir. pizza

Qızın yaxınların bildirliblər ki, övladları sabah onlara qaytarılacaq.

Qeyd edək ki, məlum hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Kənd sakini olan 16 yaşlı qız həmkəndliləri tərəfindən qaçırılıb. Məlumata görə, yeniyetmə qızı fiziki qüsurlu şəxslə evləndirmək məqsədi ilə qaçırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!