17 marşrutun istiqaməti dəyişəcək

saytların hazırlanması

Evə çatdırılma

17 marşrutun istiqaməti dəyişəcək

Sosial

17 Aprel 2019 19:01 787


Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək. 

Bu barədə “Yeni Sabah"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumatda deyilir ki, sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək. Pepperoni pizza

Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 22-dən tətbiq ediləcək və tədbir tam başa çatana qədər qüvvədə olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!